İspaniya nəhəngi Arnoldla bağlı təklifləri dəyərləndirəcək

İspaniya nəhəngi Arnoldla bağlı təklifləri dəyərləndirəcək
İspaniyanın “Real Madrid” klubu ingiltərəli müdafiəçi Trent Aleksander-Arnoldun gələcəyi ilə bağlı qərarını dəyişə bilər.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi yanvar transfer pəncərəsində 28 yaşlı futbolçu üçün sərfəli təkliflərə qulaq asmağa hazırdır.
İnformasiyanı "Football Transfers" yayıb.
Buna səbəb futbolçunun komandada əsas heyətə düşməkdə çətinlik çəkməsidir. Baş məşqçi Joze Mourinyu sağ cinah müdafiəsində daha çox Federiko Valverde və Denzel Dumfrisə üstünlük verir.
“Çelsi”, “Liverpul” və digər klubların ingiltərəli futbolçuya maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, Trent Aleksander-Arnold 2025-ci ildə “Liverpul”dan “Real Madrid”ə keçib. Onun Madrid klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Hələlik futbolçunun transferi ilə bağlı rəsmi təklif və ya razılaşma açıqlanmayıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər