Ronaldinyo illər sonra ilk rəsmi matçında bu cür yadda qaldı

Ronaldinyo illər sonra ilk rəsmi matçında bu cür yadda qaldı

Braziliya futbolunun əfsanəsi Ronaldinyo 11 illik fasilədən sonra yenidən futbol meydanına qayıdıb.

Fanat.Az xəbər verir ki, 46 yaşlı sabiq futbolçu İtaliyanın “Ravenna” klubunun heyətində meydana çıxıb.

Ronaldinyo qarşılaşmanın ilk hissəsində iştirak edib. Braziliyalı ulduz komandasının hücumlarının qurulmasında fəallığı ilə diqqət çəkib.
Qeyd edək ki, o, sonuncu dəfə 2015-ci ildə peşəkar futbolçu kimi meydana çıxıb. 2018-ci ildə karyerasını rəsmən başa vurmuşdu.
Futbolsevərlərin böyük marağına səbəb olan bu hadisə əfsanəvi futbolçunun yaşıl meydanlara gözlənilməz dönüşü kimi qiymətləndirilir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər