Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirildi

Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirildi
Region cüdoçuları üçün Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq Olimpiya Komitəsi (Comité International Olympique, International Olympic Committee) tərəfindən sertifikatlaşdırılmış təhlükəsiz idman üzrə ekspert Ayan Xankişiyevanın rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara idmanda zorakılıq və qısnamanın müxtəlif formaları, onların qarşısının alınması yolları, eləcə də təhlükəsiz və sağlam idman mühitinin formalaşdırılmasının əhəmiyyəti barədə məlumat verilib.
Təlim zamanı idmançıların öz hüquq və məsuliyyətlərini bilməsi, riskli halları düzgün qiymətləndirməsi və belə situasiyalarla qarşılaşdıqda hansı addımları atmalı olduqları da diqqətə çatdırılıb.
Mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə praktiki nümunələr əsasında tapşırıqlar və interaktiv müzakirələr təşkil olunub. İştirakçılar müxtəlif situasiyaları təhlil edib, mümkün davranış modellərini dəyərləndirib və əldə etdikləri bilikləri real nümunələr üzərində tətbiq etmək imkanı qazanıblar.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər