Türkiyənin "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) klubu İtaliya futbolunun əfsanəsi Françesko Tottinin (Francesco Totti) klubun futbol strukturunda vəzifəyə gətiriləcəyi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS" yayıb.
Tottinin İstanbul təmsilçisinin futbol layihəsində mühüm rol alacağı barədə xəbərlər yayılmışdı. Hətta onun klubda rəhbər vəzifələrdən birini tutacağı iddia edilirdi.
Lakin "Fənərbağça" rəhbərliyi bu məlumatları təkzib edib. Klubun açıqlamasında Françesko Tottinin futbol strukturunda vəzifə alacağı ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Beləliklə, keçmiş "Roma" kapitanının İstanbul klubunda çalışacağı barədə iddialar hələlik gündəmdən çıxarılıb. Tərəflər arasında hər hansı rəsmi razılaşmanın olduğu təsdiqlənməyib.
Əlisahib İbrahimli