Millimizin gənc istedadı İtaliya klubunun radarında

Millimizin gənc istedadı İtaliya klubunun radarında
Azərbaycan milli komandasının üzvü Lorenzo Mezzotero Avropanın tanınmış klublarının diqqətini cəlb etməkdə davam edir.
Fanat.Az "IMSN" nəşrinə istinadən xəbər verir ki, İtaliyanın "Montsa" klubu "Sampdoriya"da çıxış edən 18 yaşlı hücumçunun oyununu yaxından izləyir.
Millimizin gənc istedadı İtaliya klubunun radarında
Məlumata görə, "Montsa"nın skautu noyabrın 8-də B Seriyası çərçivəsində keçirilən "Karrareze" – "Sampdoriya" matçını tribunadan izləyib. Onun əsas məqsədi məhz 2008-ci il təvəllüdlü forvardın meydandakı performansını dəyərləndirmək olub.
Tərəflər arasında hələlik rəsmi transfer danışıqları başlamayıb və proses hazırda yalnız skautinq (izləmə) mərhələsindədir.
Xatırladaq ki, son vaxtlar məhsuldar oyunu ilə seçilən Mezzotero daha əvvəl "Yuventus", "Borussiya Dortmund" və "Brügge" kimi nəhəng klubların da transfer radarına düşüb.
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər