“Araz-Naxçıvan” bu gün Misli Premyer Liqasının 11-ci turunda “Şəfa”nın qonağı olub.
Fanat.Az xəbər verir ki, oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Yuri Maksimovun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Döyüşkən oyun oldu, zədəli futbolçularım var idi. Hesab heç-heçə olsa da, razı qaldım. Öz səhvlərimizdən sadə qollar buraxırıq. Dəyişiklik etməyə oyunçularımız az idi. İki həftə fasilə olacaq, zədəlilələr də bərpa olunub geri qayıdacaqlar. Azərbaycan xalqını sabahkı zəfər günü münasibətilə təbrik edirəm. Bizdə də hazırda müharibə şəraitidir, ona görə anlayıram. Zədəli oyunçularımız var, “Zirə” ilə matçda da 3 futbolçumuzu itirdik. Fasilədən sonra həmin oyunçular geri qayıdacaq və məşqlərimizi davam etdirəcəyik. Sonuncu pillədə olsaq belə, hər oyuna qələbə üçün çıxırıq. Növbəti turda qarşılaşacağımız “Neftçi” hazırda liderdir. Həmin matça hazırlaşacağıq”.