Emin Mahmudovdan milli ilə bağlı gözlənilməz qərar - AFFA açıqladı

Emin Mahmudovdan milli ilə bağlı gözlənilməz qərar -  AFFA açıqladı
Azərbaycan yığmasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov milli karyerasını başa vurmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı AFFA-nın mətbuat xidməti yayıb.
34 yaşlı futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu qərar qəbul olunub. Noyabr toplanışı çərçivəsində keçiriləcək Andorra ilə yoldaşlıq görüşü E.Mahmudov üçün millidə sonuncu matç olacaq.
2016-cı ildən milli komandanın şərəfini qoruyan "Neftçi"nin yarımmüdafiəçisi yığmanın heyətində keçirdiyi oyunlarda 15 qola imza atıb. E.Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.
Qeyd edək ki, Azərbaycan millisi növbəti toplanış çərçivəsində noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn (Liechtenstein), noyabrın 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər