Azərbaycan 1-ci Liqasında 7-ci tur start götürür.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri saat 15:00-da start götürəcək.
Turun ilk günündə bir matç baş götürəcək. Açılış matçında şərikli lider "Şahdağ Qusar" "Mingəçevir"in qonağı olacaq. Füzuli Məmmədovun komandası "uşıqçılar"la dueldən maksimum nəticə ilə ayrılmaqla zirvəni ələ keçirməyə çalışacaq. Şimal təmsilçisi turun yekununda vahid lider ola bilər. Belə ki, əlavə göstəricilərə görə 1-ci yeri zəbt edən "Gəncəbasar"ı bu turda "Səbail"lə çətin duel gözləyir.
Ümumiyyətlə, turun sabah keçiriləcək 4 görüşündə “Baku Sportinq” “Xankəndi”ni, “Karvan-Yevlax” “Şimal”ı, “Zaqatala” MOİK-i, "Səbail" isə "Gəncəbasar"ı qəbul edəcək.
1-ci Liqa
7-ci tur
4 noyabr
15:00. “Mingəçevir” – “Şahdağ Qusar”
Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).