UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Fenerbahçe, Fenerbahce) - “Liverpul” (Liverpool) qarşılaşmasını idarə edəcək hakimlər briqadasının tərkibi bəlli olub.
Fanat.Az xəbər verir ki, İstanbulda keçiriləcək oyuna Fransadan olan hakimlər kollektivi təyinat alıb.
Görüşün baş hakimi FİFA referisi Kleman Turpen (Clément Turpin, Clement Turpin) olacaq. Ona yan xətt hakimləri Nikola Danos (Nicolas Danos) və Benjamin Pajes (Benjamin Pages) kömək edəcəklər. Dördüncü hakim vəzifəsini isə Jeremi Stina (Jérémie Stinat, Jeremie Stinat) icra edəcək.
Xatırladaq ki, “Fənərbağça” ilə “Liverpul” arasında qarşılaşma noyabrın 4-də, Bakı vaxtı ilə saat 21:45-də İstanbulda baş tutacaq.
Əlisahib İbrahimli