1-ci Liqanın 7-ci turunda "Zaqatala"nın qonağı olacaq MOİK-in bir neçə futbolçusu zədə səbəbindən səfər matçını kənardan izləyəcək.
Bu barədə Fanat.Az-a "hərbçilər"in baş məşqçisi İlham Yadullayev məlumat verib.
O, cinah müdafiəçisi Yusif Nəbiyevin, mərkəz müdafiəçisi Şəhriyar Əliyevin və hücumçu Elşad Tağıyevin meydana çıxmayacağını, hücumameyilli yarımmüdafiəçi Emin Zamanovun oynayıb-oynamayacağının isə sual altında olduğunu bildirib.
Qeyd edək ki, "Zaqatala" - MOİK qarşılaşması noyabrın 5-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.
Nihat