"Qalatasaray"ın (Galatasaray) baş məşqçisi Okan Buruk "Ştutqart" (VfB Stuttgart) üzərində qazanılan qələbədən sonra açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin güclü komanda olduğunu vurğulayaraq, belə bir kollektivə qalib gəlməyin sevindirici olduğunu bildirib.
Buruk qələbənin UEFA ölkə reytinqi baxımından da əhəmiyyətinə diqqət çəkib:
"Ölkə reytinqi üçün qazandığımız hər qələbə çox dəyərlidir. Türk futbolu olaraq yüksələn qrafikimiz var. Məqsədimiz bizdən öndə olan ölkələrə çatmaqdır".
Baş məşqçi Çempionlar Liqasında əsas hədəflərinin ilk 24-lüyə düşmək, daha sonra isə ilk 8-ə yüksəlmək olduğunu bildirib.
O, Leroy Sanenin (Leroy Sané) də məşqlərdə maksimum çalışdığını və əsas heyətə qayıtmaq üçün əlindən gələni etdiyini qeyd edib.
Buruk qarşıdakı oyunlara da toxunaraq, həm daxili çempionatda, həm də Avropada eyni əzmlə mübarizə aparacaqlarını vurğulayıb.
Əlisahib İbrahimli