UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Sabah" da bu axşam növbəti oyununa çıxacaq.
Təmsilçimiz Norveç "Vikinq"inin (Viking) qonağı olacaq. Norveçdəki "Lyse Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər. Matçın baş hakimi FİFA referisi Sander van der Eyk (Sander van der Eijk) olacaq. Ona yan xətt hakimləri Rens Bluemink və Stefan de Qrot (Stefan de Groot) kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Coui Koy (Joey Kooij) olacaq.
Qeyd edək ki, "bayquşlar" UEFA Çempionlar Liqasının Liqa mərhələsində üç turdan sonra üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
4 noyabr
00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan)
Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy (hamısı Niderland).
Stavanger. "Lyse Arena".