"Sabah"ın sabiq çalışdırıcısı "Vikinq"lə matça proqnozunu verdi

"Sabah"ın sabiq çalışdırıcısı "Vikinq"lə matça proqnozunu verdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Sabah" Norveçdə "Vikinq"in (Viking) qonağı olacaq. Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.

Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah" bu rəqibi üstələyə bilər. "Vikinq" komandamızın dişinə görə bir rəqibdir. Evdə "Slaviya"ya (Slavia, Slavia Prague) qalib gəldiyimiz kimi, səfərdə də Norveç təmsilçisinə qarşı bunu edə bilərik. Qarşılaşma heç də asan olmayacaq. Uzun səfər, hava şəraiti və ən əsası, meydanın süni örtüklə olması komandamız üçün müəyyən çətinliklər yarada bilər. "Sabah" "Borussiya Dortmund"la (Borussia Dortmund) matçdan sonra da göstərdi ki, artıq Çempionlar Liqasında təcrübə qazanıb və özünə güvənən komandadır. Düşünürəm ki, komandamız səfərdən ən azı 1 xalla qayıdacaq. "Sabah"a uğurlar arzulayıram!"

Qeyd edək ki, noyabrın 4-də, Bakı vaxtı ilə 00:00-da (yerli vaxtla 21:00-da) baş tutacaq görüş Stavangerdəki "Lyse Arena"da reallaşacaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər