"İmişli"nin baş məşqçisi Ervins Perkons (Ervīns Pērkons) Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Kəpəz"ə məğlub olduqları matçı (0:1) şərh edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis ilk olaraq məğlubiyyətin səbəblərindən danışıb:
"İlk növbədə, hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Belə atmosferdə oynamaq çox xoş idi. Gəncə şəhər stadionunda keçirilən əvvəlki matçları da izləmişdik. Burada oynamaq həqiqətən çətindir. Komandamın çıxışından razı qaldım, amma nəticə istədiyimiz kimi olmadı. Məqsədimiz üç xal qazanmaq idi. Təəssüf ki, buna nail ola bilmədik. Rəqib gözəl qol vurdu, biz isə yaratdığımız imkanlardan yararlana bilmədik. Buna görə məyusam".