İtaliya B Seriyasının 10-cu turunda “Sampdoriya” (Sampdoria) doğma meydanda “Virtus Entella”nı 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, qarşılaşmada Azərbaycan U-21 millisinin üzvü Lorenzo Metsotero (Lorenzo Mezzotero) da fərqlənib.
18 yaşlı hücumçu görüşün 17-ci dəqiqəsində zədələnən komanda yoldaşını əvəzləyərək meydana daxil olub. O, 42-ci dəqiqədə Tyaş Beqiçin (Tjaš Begić, Tjas Begic) ötürməsini dəqiq zərbə ilə tamamlayaraq komandasının ikinci qolunu vurub.
Bu, Metsoteronun “Sampdoriya”nın əsas komandasında və İtaliya B Seriyasında ilk qolu olub.
Qeyd edək ki, İtaliyada anadan olan Metsotero vaxtilə Azərbaycanda yaşayıb, "Qarabağ"ın və “Neftçi”nin aşağı yaş qruplarında çıxış edib. O, 2026-cı ildən Azərbaycanın U-21 millisinin formasını geyinir.
Əlisahib İbrahimli