MPL: “Turan Tovuz” “Sabah”la qarşılaşır

MPL: “Turan Tovuz” “Sabah”la qarşılaşır
Misli Premyer Liqasında 10-cu tur start götürür.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun ilk günündə bir oyun keçiriləcək.
Açılış matçı Tovuzda baş tutacaq. Ötən mövsümün bürünc mükafatçısı “Turan Tovuz” son çempion “Sabah”ı qəbul edəcək. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.
Turun “Araz-Naxçıvan” – “Zirə” və “Qəbələ” – “Qarabağ” oyunları 31 oktyabrda, “Şamaxı” – “Neftçi” və “Kəpəz” – “İmişli” matçları 1 noyabrda, “Sumqayıt” – “Şəfa” görüşü isə 2 noyabrda keçiriləcək.
Misli Premyer Liqası
10-cu tur
30 oktyabr
18:30. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər