"Milan" bu gün Pulişiçlə müqavilə yeniləyəcək - Qazancı açıqlandı

"Milan" bu gün Pulişiçlə müqavilə yeniləyəcək - Qazancı açıqlandı
"Milan" rəhbərliyi hücumçu Kristian Pulişiçlə (Christian Pulisic) bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist və insayder Nikolo Skira (Nicolò Schira, Nicolo Schira) yayıb.
Mənbə tərəflərin bu gün müqavilə yeniləyəcəklərini açıqlayıb. Yeni sazişin müddətinin 2031-ci ilə qədər nəzərdə tutulacağı və 28 yaşlı futbolçunun hər mövsüm üçün 6 milyon avro əməkhaqqı alacağı bildirilib.
Qeyd edək ki, cari mövsüm İtaliya A Seriyasında 6 matça çıxan Pulişiç 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ildən İtaliya nəhənginin uğurları üçün çalışır.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər