"Qələbə qazanmaq və kubokda da mümkün qədər daha çox irəliləmək istəyirik" - Füzuli Məmmədov

"Qələbə qazanmaq və kubokda da mümkün qədər daha çox irəliləmək istəyirik" -     Füzuli Məmmədov
Bu gün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi start götürüb. Bu raundun maraqlı qarşılaşmalarından biri də iki Birinci Liqa təmsilçisi - MOİK və "Şahdağ Qusar" arasında keçiriləcək.
Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov "hərbçilər"ə qarşı oyunla bağlı fikirlərini Fanat.Az-a bölüşüb:
"Statistikaya baxsaq, MOİK son dörd oyunda qələbə qazanıb və bu oyunların hamısında inamlı qalibiyyət əldə edib. Onların matçlarını izləmişik və oyunlarında ciddi inkişaf olduğundan xəbərdarıq. MOİK-lə çempionatın ilk turunda üz-üzə gəlmişdik. O vaxtdan bəri çox şey dəyişib. Rəqibin bütün mövqelərində yetərincə təcrübəli və keyfiyyətli futbolçular var. Futbolçularımızı təbii ki, bu barədə maksimum şəkildə məlumatlandırmışıq. Bilirik ki, bizi çox çətin, dramatik oyun gözləyir. Biz isə öz növbəmizdə çempionatda olduğu kimi, kubokda da iddialıyıq. MOİK-lə görüşə ciddi hazırlaşmışıq. Bu bizim üçün önəmli qarşılaşmadır. Qələbə qazanmaq və kubokda da mümkün qədər daha çox irəliləmək istəyirik".
Qeyd edək ki, MOİK - "Şahdağ Qusar" matçı oktyabrın 28-da keçiriləcək. Binə qəsəbə stadionunda baş tutacaq qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər