"Üç xalı qazanmaq bizim haqqımız idi" - Ervins Perkons

"Üç xalı qazanmaq bizim haqqımız idi" - Ervins Perkons
“İmişli”nin baş məşqçisi Ervins Perkons (Ervīns Pērkons) Misli Premyer Liqasının 9-cu turunun “Şamaxı” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, o, 2:1 hesablı qələbədən danışıb:
"Düşünürəm ki, bərabərsəviyyəli oyun keçdi. Xüsusilə ilk hissədə yaxşı performans göstərdik. Çoxlu şansımız oldu. Yüksək təyziqlə oynayırdıq. Rəqib də yaxşı formada idi. Məğlub olmurdular. Biz də onlara sürpriz etmək istədik. 2 hücumçu ilə oynadıq. Onlar fasilədən sonra gedişatı dəyişmək niyyətində idi. Daha çox məsuliyyəti üzərilərinə götürmək istəyirdilər. Bilmirəm onlar bunu etdi, yoxsa biz səhv etdik. Ona görə də qol buraxdıq. Üç xalı qazanmaq bizim haqqımız idi."
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər