FİFA U-15: Azərbaycan millisi Andorra və Avstraliya ilə üz-üzə

FİFA U-15:   Azərbaycan millisi Andorra və Avstraliya ilə üz-üzə

Bu gün Azərbaycan millisi Bakıda təşkil edilən FIFA U-15 dünya çempionatı və festivalında bu növbəti oyunlarını keçirəcək.

Fanat.Az xəbər verir ki, Famil Xəlilovun çalışdırdığı kollektiv 12:45-də Andorra yığması ilə qarşılaşacaq.
19:30-da isə təmsilçimiz Avstraliya (Australia) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Xatırladaq ki, U-15 turnirdə keçirdiyi ilk matçda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail (Israel), saat 18:15-də isə Haiti (Haïti) yığması ilə həmin meydanda üz-üzə gələcək.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər