MPL: "Kəpəz" "Şəfa"ya qarşı, "Neftçi"nin "Turan Tovuz" sınağı

MPL: "Kəpəz" "Şəfa"ya qarşı, "Neftçi"nin "Turan Tovuz" sınağı
Misli Premyer Liqasında 9-cu tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə Sumqayıtda "Şəfa" ilə "Kəpəz" üz-üzə gələcək. “SOCAR Polymer Arena”da təşkil olunacaq və start fiti saat 16:30-da səsləndiriləcək qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.
Günün mərkəzi oyununda isə “Neftçi” ilə “Turan Tovuz” qarşılaşacaq. "Sabah" ilə "Qarabağ"ın bu turda üz-üzə gələcəyini nəzərə alsaq, "ağ-qaralar" evdə qalib gəlməklə, zirvəyə yüksələ bilər. İlk "3-lüy"ə qayıtmağı hədəfləyən qərb təmsilçisi də səfərdən 3 xalla dönmək əzmindədir.
Xatırladaq ki, ötən gün baş tutan açılış oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı 2:1, "Zirə" isə "Sumqayıt"ı 3:1 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək “İmişli” – “Şamaxı” və “Sabah” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
9-cu tur
24 oktyabr
16:30. “Şəfa” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Sumqayıt. “SOCAR Polymer Arena”.
19:00. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Bakı. “Palms Sports Arena”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər