Bu gün Misli Premyer Liqasında 9-cu tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son gündə 2 görüş reallaşacaq.
Öncə "İmişli" Yevlaxda "Şamaxı"nı qəbul edəcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Turun mərkəzi qarşılaşmasında isə "Sabah" "Qarabağ"la üz-üzə gələcək. “Dalğa Arena”da gerçəkləşəcək dueldə ədaləti Rəşad Əhmədov qoruyacaq.
Daha öncə keçirilən oyunlarda "Araz-Naxçıvan" "Qəbələ"yə (1:2), "Şəfa" "Kəpəz"ə (1:2) uduzub, "Zirə" isə "Sumqayıt"a (3:2) qalib gəlib. "Neftçi" – "Turan Tovuz" matçında (1:1) qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
9-cu tur
25 oktyabr
"İmişli" - "Şamaxı"
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 15:00.
"Sabah" - "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Dalğa Arena”, 18:00.