Olimpiya çempionu dopinq qəbul edib

Olimpiya çempionu dopinq qəbul edib
Tokio-2020 Olimpiya marafon çempionu Peres Cepçirçir (Peres Jepchirchir) dopinq testinin müsbət nəticə verməsi səbəbindən yarışlardan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, AIU (Athletics Integrity Unit) tanınmış idmançının hələlik ilkin hökm aldığını açıqlayıb.
Keniyalı atletin nümunəsində eritropoietin (EPO) aşkar edilib. Cepçirçirin nümunəsi 2026-cı ilin avqust ayında, Sidney marafonundakı qələbəsindən əvvəl Keniyada götürülüb.
Eritropoetinin qırmızı qan hüceyrələrinin istehsalını stimullaşdırdığı və idmançılarda dözümlülüyü artıra biləcəyi məlumdur.
33 yaşlı Cepçirçir marafon üzrə hazırkı dünya çempionudur. O, 2025-ci ildə Tokioda keçirilən dünya çempionatında qızıl medal qazanıb, 2021-ci ildə isə Yaponiyanın paytaxtında keçirilən Olimpiya Oyunlarda çempion olub.
Keniyalı həmçinin Nyu-Yorkda (2021), Bostonda (2022), Londonda (2024) və Sidneydə (2026) keçirilən nüfuzlu Dünya Marafonu Böyük yarışlarında qalib gəlib.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər