İngiltərənin “Arsenal” klubu Belçikanın “Brügge” (Club Brugge) komandasında çıxış edən hücumçu Nikolo Tresoldinin (Nicolo Tresoldi) transferini nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, informasiyanı “Sky Sports” yayıb.
Mənbənin məlumatına görə, London təmsilçisi 22 yaşlı futbolçu ilə ciddi maraqlanır. Almaniyanın U-21 millisinin üzvü bu mövsüm göstərdiyi performansla Avropanın bir sıra klublarının diqqətini cəlb edib.
Tresoldi cari mövsümdə “Brügge”nin heyətində məhsuldar oyunu ilə seçilib. O, UEFA Çempionlar Liqasında İtaliyanın “İnter” (Internazionale, Inter Milan) klubuna qarşı keçirilən görüşdə het-trik edərək diqqət mərkəzinə düşüb.

“Arsenal”ın hücum xəttini gücləndirmək istədiyi və Viktor Dyökereşin (Viktor Gyökeres, Viktor Gyokeres) gələcəyi ilə bağlı sualların olduğu bildirilir. Klubun Tresoldi ilə bağlı mümkün addımları qarşıdakı transfer pəncərəsində də gündəmə gələ bilər.
Əlisahib İbrahimli