Tarixi hadisə: Bakıda FIFA U-15 dünya çempionatı başlayır

Tarixi hadisə: Bakıda FIFA U-15 dünya çempionatı başlayır
Bu gün Bakıda FIFA U-15 dünya çempionatı və festivalı başlayır.
Fanat.Az xəbər verir ki, tarixdə birinci dəfə təşkil olunacaq turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir.
Oktyabrın 30-da başa çatacaq yarışa ümumilikdə 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılır. Çempionat çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur. U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək.
Oyunların böyük hissəsinin təşkil olunacağı Hövsan Yarış Kompleksində yarışın yüksək səviyyədə keçirilməsi üçün zəruri şərait yaradılıb. Qısa müddətdə inşa edilən kompleksdəki 10 futbol meydançası eyni vaxtda 20 oyunun keçirilməsinə uyğunlaşdırılıb. Bununla yanaşı, kompleksdə futbolçuların, məşqçilərin və digər iştirakçıların fəaliyyəti üçün tələb olunan infrastruktur təmin edilib.
Yarışın ilk günündə 92 matç keçiriləcək. Azərbaycan komandası saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək. Bu qarşılaşmadan əvvəl isə eyni məkanda yarışın rəsmi açılış mərasimi təşkil olunacaq.
Xatırladaq ki, Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya (Australia) yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail (Israel), saat 18:15-də isə Haiti (Haïti) yığması ilə həmin meydançada üz-üzə gələcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər