"Trabzonspor"un qəzaya düşən qapıçısı xəstəxanaya yerləşdirildi

"Trabzonspor"un qəzaya düşən qapıçısı xəstəxanaya yerləşdirildi
"Trabzonspor"un qapıçısı Andre Onana (André Onana) xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
O, məşqdən evə gedərkən baş verən yol-nəqliyyat hadisəsindən sonra xəstəxanaya aparılıb. Başqa bir nəqliyyat vasitəsi Onananın avtomobilini arxadan vurub və belədə zəncirvari reaksiya baş verib. Nəticədə onun avtomobili də qarşıdakı avtomobilə çırpılıb. Trabzon şəhərinin kənarında yerləşən Yomra yolu boyunca qəza yerinə dərhal təcili yardım xidmətləri göndərilib.
"Trabzonspor"un prezidenti Ərtuğrul Doğan axşam saatlarında azarkeşləri kamerunlu futbolçunun vəziyyəti ilə bağlı sakitləşdirmək üçün tez bir zamanda hərəkətə keçib.
Doğan bildirib ki, bu gecə yol-nəqliyyat hadisəsi ilə üzləşən Andre Onananın vəziyyəti yaxşıdır.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər