Dünya futbolunun sabahı Bakıda formalaşır: Mötəbər turnirə start verildi

Dünya futbolunun sabahı Bakıda formalaşır: Mötəbər turnirə start verildi

Beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübəyə malik Azərbaycan növbəti mötəbər futbol turnirinə ev sahibliyi edir. Dünyanın idman xəritəsində artıq özünəməxsus brendə çevrilən paytaxt Bakı, növbəti dəfə qlobal futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb.

Dünya futbolunun sabahı Bakıda formalaşır:Mötəbər turnirə start verildi

Tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı məhz paytaxt Bakıda təşkil olunur. Dünya futbolunun ali qurumu olan FIFA-nın bu möhtəşəm turniri Azərbaycana həvalə etməsi təsadüfi deyil. Bu mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.

Dünya futbolunun sabahı Bakıda formalaşır:Mötəbər turnirə start verildi

Dövlət səviyyəsində göstərilən diqqət və qayğı turnirin hazırlıq mərhələsində özünü bariz şəkildə büruzə verib. Prezident İlham Əliyevin “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, turnirə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub. Aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti sayəsində həm təşkilati, həm də logistik məsələlər ən xırda detallarınadək dəqiqliklə icra edilib.

Dünya futbolunun sabahı Bakıda formalaşır:Mötəbər turnirə start verildi

Turnirin oyunlarına ev sahibliyi edən Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri infrastruktur yaradılıb. Müasir standartlara cavab verən bu idman ocağı qısa müddətdə nəhəng futbol mərkəzinə çevrilib. Kompleksdəki 10 futbol meydançasında turnir çərçivəsində 1000-ə yaxın oyun keçiriləcək ki, bu da rekord göstərici olmaqla yanaşı, təşkilatçıların nə qədər böyük həcmli işin öhdəsindən gəldiyini aydın göstərir.

Dünya futbolunun sabahı Bakıda formalaşır:Mötəbər turnirə start verildi

Ardıcıl həyata keçirilən idman siyasəti, müasir infrastruktur layihələri və beynəlxalq əməkdaşlıq sayəsində Azərbaycan qlobal idman xəritəsindəki mövqeyini daha da möhkəmləndirir. FIFA U-15 Dünya Çempionatı və Festivalının ölkəmizdə təşkili Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun, təşkilatçılıq potensialının və dünya idman ailəsi ilə sıx əməkdaşlığının növbəti təzahürüdür. Bakının dünya futbolunun gələcək ulduzlarını bir araya gətirməsi bir daha təsdiqləyir ki, Azərbaycan beynəlxalq idmanın etibarlı tərəfdaşı olmaqla yanaşı, qlobal futbolun inkişafına töhfə verən mühüm mərkəzlərdən biridir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər