Vernidub bərabərliyi necə şərh etdi?

Vernidub bərabərliyi necə şərh etdi?
Bu gün “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edib.
Fanat.Az xəbər verir ki, gərgin keçən matçda qalib müəyyənləşməyib (1:1)
Matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub (Yuriy Vernydub) jurnalistlərin suallarını cavablandırıb.
- Oyunu azlıqda başa vurdunuz. Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Bunu itirib, yoxsa qazandığımızı demək çətindir. Birinci hissə oyun istədiyimiz kimi olmadı. İlk 20 dəqiqədə rəqib daha yaxşı oynayırdı. Müdafiəçimizin səhvindən azlıqda qaldıq. Lakin qırmızı vərəqədən sonra daha yaxşı oynamağa başladıq. Bir qol vurduq. Fasiləyə öndə getdik. Çətin olacağını bilirdim. Beş müdafiəçi oynadıq. Üç nəfər ortada çıxış etdi. Demək olar ki, bütün mövqeləri bağlamışdıq. Buraxılan qola qədər səhvimiz olmamışdı. Emil Balayevə təşəkkür edirəm. Yaxşı oyun nümayiş etdirdi. Sabah “Sabah”la “Qarabağ” qarşılaşacaq. Mənim şəxsi fikrim odur ki, iki xal itirdik. Mən hər zamn istəyirəm ki, oyunlarda qələbə qazanaq.
- Özünüz də arxa xətt oyunçusu olmusunuz. Sizcə, bu qırmızıya nə ehtiyac var idi?
- Mən nə deyim. Futbolçuların beynində nə düşüncə olduğun bilə bilmirəm. Anlamıram, sadə məqam idi. Gedib o topu çölə çıxarda bilərdi. Topa qədər məsafəsi rəqibdən daha yaxın idi. Bizim müdafiəyə elə pressinq də yox idi. Bunun üzərində işləyirəm, lakin daha çox çalışmalıyam.
- Çempionluq yolunda irəlləyən komanda əsas 4 rəqibinə qalib gələ bilmədi. “Neftçi” üçün bu məqam sizi nə qədər narahat edir?
- Hər zaman qələbə qazanmaq istəyirəm. Mənim üçün ağır nəticələr oldu. Bu oyunlarda artıq biz uduzmuruq. Onlarla artıq başabaş mübarizə aparırıq.
- Milli fasilədən sonra ən zəif oyununuz idi. Bu haqda nə düşünürsünüz?
- Bu sizin fikrinizdir. Hər kəs öz düşüncəsini bildirə bilər. Mən başqa fikirdəyəm. “Sabah”dır, “Turan Tovuz”dur, “Qarabağ”dır bunlar güclü klublardır. Biz “Qarabağ”la açıq futbol oynadıq. Yaxşı epizodlarımız da olur. “Sabah”a qol vura bilmədik. “Qarabağ” qarşısında fərqlənməyi bacardıq. “Qarabağ”la oyun mənim də xoşuma gəlmədi. Orda daha çox topsuz idik. Bu gün azlıqda idik. Daha çətin idi. Bunu həzm edib qarşıdakı oyunlara baxmaq lazımdır.
- Emin Mahmudov niyə oynamır?
- Mikrozədəsi var.
- Bakıda 15 yaşadək dünya çempionatı keçirilir. Oyunları izləməyə gedəcəksiniz?
- Qrafikləri öyrənmək lazımdır. Maraqlıdır. Vaxtım olmur. 9-dan 7-yə qədər bazada oluram. Bəzi köməkçilərim 11-də, 12-də çıxırlar.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər