Messi komandasını xilas edə bilmədi

Messi komandasını xilas edə bilmədi

Lionel Messinin formasını geyindiyi "İnter Mayami" (Inter Miami) MLS-də növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv "Nyu-York Red Bulls"un (New York Red Bulls) qonağı olub.
Harrisondakı "Red Bull Arena"da reallaşan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Luis Suares (Luis Suárez, Luis Suarez) start "11-lik"də yer alıbsa, Messi oyuna 56-cı dəqiqədə daxil olub.
"İnter Mayami" gələn tur "Sinsinnati" (Cincinnati) ilə qarşılaşacaq. Bu oyun oktyabrın 29-da keçiriləcək.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər