“Kəpəz”in iki ev oyunun biletləri satışdadır

“Kəpəz”in iki ev oyunun biletləri satışdadır
"Kəpəz" klubunun növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb. 
Fanat.Az xəbər verir ki, futbol həvəskarları həm Azərbaycan kuboku uğrunda yarışın 2-ci təsnifat mərhələsində "Baku Sportinq", həm də Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "İmişli"yə qarşı matçların biletlərini əldə edə bilərlər.
Biletlər 2, 3, 5, 10 və 20 manat dəyərindədir.
Satış iticket.az saytı vasitəsilə və Gəncə şəhər stadionunun kassalarında həyata keçirilir.
Qeyd edək ki, "Kəpəz" "Baku Sportinq"i oktyabrın 28-də, "İmişli"ni isə noyabrın 1-də qəbul edəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər