Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az-ın məlumatına görə, bu gün Azərbaycanın 6 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.
Ülvi Qənizadə (72 kq) yarışa 1/8 final mərhələsindən başlayacaq.
Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində Con Bin Kvonla (Cənubi Koreya) üz-üzə gələcək.
Sərxan Məmmədov (130 kq) isə brazilyalı Gilerme Evangelista Diası (Guilherme Evangelista Dias) sınağa çəkəcək.
Axşam saatlarında iki təmsilçimiz çempionluq uğrunda mübarizə aparacaq.
4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) finalda iranlı Payam Əhmədi (Payam Ahmadi) ilə güləşəcək.
Sənan Süleymanov (77 kq) isə qızıl medal uğrunda görüşdə moldovalı Aleksandrin Qutu (Alexandrin Guţu, Alexandrin Guţu) ilə qarşılaşacaq.
Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.
Toğrul