İngiltərənin “Everton” klubu “Mançester Yunayted”in (Manchester United) hücumçusu Markus Raşfordu (Marcus Rashford) heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı “FootballTransfers” yayıb.
Mənbənin məlumatına görə, tərəflər 28 yaşlı futbolçunun qış transfer pəncərəsində mümkün keçidi ilə bağlı müzakirələr aparırlar.
Raşford 2025/2026 mövsümünü icarə əsasında “Barselona”da (Barcelona) keçirib. İngiltərəli hücumçu İspaniya klubunun heyətində 14 qol vurub və 15 məhsuldar ötürmə verib. Lakin Kataloniya təmsilçisi onun transfer hüquqlarını almaqdan imtina edib.
Yayda “Mançester Yunayted”ə qayıdan futbolçu yeni mövsümdə gözlənilən performansı göstərə bilməyib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
“Everton”un Raşfordu birdəfəlik transfer etmək, yoxsa satınalma şərti ilə icarəyə götürmək istədiyi hələlik bəlli deyil.
Qeyd edək ki, danışıqlar ilkin mərhələdədir.
Əlisahib İbrahimli