“Real Madrid” və “Mançester Yunayted” (Manchester United) Almaniyanın “Bayern Münhen” (Bayern München, Bayern Munich) klubunda çıxış edən Lennart Karlın gələcək vəziyyətini yaxından izləyən klublar sırasındadır.
Fanat.Az xəbər verir ki, informasiyanı “TEAMtalk” yayıb.
Mənbənin məlumatına görə, 18 yaşlı futbolçunun Münhen təmsilçisində oyun vaxtının azalması onun gələcəyi ilə bağlı suallar yaradıb. “Arsenal” və “Liverpul” (Liverpool) da gənc yarımmüdafiəçinin vəziyyətini diqqətdə saxlayır.
Lennart Karl ötən mövsüm “Bayern Münhen”in heyətində uğurlu çıxışı ilə diqqət çəkib. O, bütün turnirlərdə 34 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə verib. Bu performansı ona Almaniya millisində də debüt etmək imkanı qazandırıb.
“Arsenal”, “Liverpul” və “Mançester Yunayted” futbolçunun vəziyyətini izləyir. “Barselona” (Barcelona) və “Real Madrid”in də ona maraq göstərdiyi bildirilir.
Karl bu ilin əvvəlində “Bayern Münhen” ilə müqaviləsini 2029-cu ilin yayına qədər uzadıb. Buna görə də onun yaxın vaxtlarda komandadan ayrılacağına dair konkret əlamət yoxdur. Lakin vəziyyət dəyişməzsə, 2027-ci ildə transfer məsələsi gündəmə gələ bilər.