İngiltərənin “Liverpul” (Liverpool) və İspaniyanın “Real Madrid” klubları “Brayton”un (Brighton & Hove Albion) müdafiəçisi Luka Vuşkoviçi (Luka Vušković, Luka Vuskovic) transfer etməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Football Insider” yayın.
Mənbənin məlumatına görə, 19 yaşlı xorvatiyalı futbolçu Avropanın aparıcı klublarının diqqətini cəlb edib. Onun 2027-ci ildə komandasını dəyişməsi mümkündür.
Vuşkoviç bu yay “Tottenhem”dən (Tottenham Hotspur) “Brayton”a keçib. Klub onun transferi üçün bonuslarla birlikdə 50 milyon funt sterlinqə yaxın vəsait ödəyib. Müdafiəçi yeni komandasında inamlı çıxışı ilə diqqət çəkib və Premyer Liqada keçirdiyi ilk yeddi oyunun hamısına start heyətində başlayıb.
“Brayton” rəhbərliyi futbolçunun potensialını yüksək qiymətləndirir və onun dəyərinin artıq 100 milyon funt sterlinqə çata biləcəyini düşünür. Bu isə Vuşkoviçin transferini digər klublar üçün çətinləşdirə bilər.
“Liverpul”un müdafiə xəttini gələcək üçün gücləndirmək istədiyi, “Real Madrid”in isə gənc futbolçunun inkişafını izlədiyi bildirilir. Bununla belə, klublardan heç biri hələlik rəsmi transfer təklifi irəli sürməyib.