Bu gün Misli Premyer Liqasında 9-cu tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son gündə 2 görüş reallaşacaq.
Öncə "İmişli" Yevlaxda "Şamaxı"nı qəbul edəcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Turun mərkəzi qarşılaşmasında isə "Sabah" "Qarabağ"la üz-üzə gələcək. “Dalğa Arena”da gerçəkləşəcək dueldə ədaləti Rəşad Əhmədov qoruyacaq.
Daha öncə keçirilən oyunlarda "Araz-Naxçıvan" "Qəbələ"yə (1:2), "Şəfa" "Kəpəz"ə (1:2) uduzub, "Zirə" isə "Sumqayıt"a (3:2) qalib gəlib. "Neftçi" – "Turan Tovuz" matçında (1:1) qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
9-cu tur
25 oktyabr
"İmişli" - "Şamaxı" 0:0 (1-ci hissə)
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu, 15:00.
"İmişli": 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 55. Murad Ələkbərov, 13. Rafael Vieqaş (Rafael Viegaş, Rafael Viegas), 21. Ronaldo de Souza, 9. Dioqo Almeyda (Diogo Almeida), 23. Dioqo Rollo (Diogo Rôlo, Diogo Rolo), 80. Deko (Deco).
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 29. Edvin Banquera (Edwin Banquera), 10. Dioqo Kardozu (Diogo Cardoso), 8. Xuan Hernandes (Juan Hernández, Juan Hernandez).
Məşqçi: Ervins Perkons (Ervīns Pērkons).
"Şamaxı": 1. Rikardo Fernandes (k), 80. Həbib İsmayılov, 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 25. Filipe Markes (Filipe Marques), 13. Rikardo Apolinario (Ricardo Apolinário, Ricardo Apolinario), 9. Tornike Axvlediani (Tornike Akhvlediani), 11. Ayman Bouali, 3. Jota, 4. Rui Paşeko (Rui Pacheco), 52. Abdul Raşid Mumini (Abdul Rashid Mumin).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 10. Edqar Adilxanov, 66. Ceyhun Bağırzadə, 8. Teşaqer Dequ (Tesfager Degu), 19. Abdullahi Şuaybu (Abdullahi Shu'aibu, Abdullahi Shuaibu).
Baş məşqçi: Azər Bağırov
"Sabah" - "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Dalğa Arena”, 18:00.