“Real Madrid”in qapıçısı Tibo Kurtua (Thibaut Courtois) bu gün “Barselona”ya (Barcelona) qarşı keçiriləcək “El-Klasiko” matçında iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Məlumata görə, belçikalı qolkiper qrip səbəbindən qarşılaşmanı buraxacaq.
Kurtuanın yoxluğunda komandanın qapısını Andrey Lunin (Andriy Lunin) qoruyacaq. Ukraynalı qapıçı mövsümün ilk “El-Klasiko”sunda əsas heyətdə meydana çıxmağa hazırlaşır.
Bundan başqa, “Real Madrid”in qapıçısı İllia Voloşin (Illia Voloshyn) də Kurtuanı əvəzləyərək matçın iştirak ərizəsinə daxil edilib.
Qeyd edək ki, “Barselona” - “Real Madrid” qarşılaşması La Liqanın 10-cu turu çərçivəsində saat 00:00-da başlayacaq.