İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2025/2026 mövsümünün ən yaxşı məşqçisi mükafatına layiq görülüb.
Fanat.Az xəbər verir ki, mütəxəssisə mükafat Londonda təşkil olunan “Qızıl top” mərasimində təqdim edilib.
De la Fuente 2022-ci ildən İspaniya yığmasına rəhbərlik edir və onun müqaviləsi 2032-ci ilə qədər qüvvədədir.
Onun rəhbərliyi altında İspaniya Avropa çempionu olub və UEFA Millətlər Liqasını qazanıb. Xatırladaq ki, ötən il bu mükafata PSJ-nin (Paris Saint-Germain) baş məşqçisi Luis Enrike (Luis Enrique) layiq görülmüşdü.