Türkiyənin "Qalatasaray" (Galatasaray) klubu "Kristal Pelas"ın (Crystal Palace) vingeri İsmaila Sarrı (Ismaïla Sarr, Ismaila Sarr) transfer etmək üçün yanvar pəncərəsində yeni təklif hazırlayır.
Fanat.Az xəbər verir ki, ötən yay "Qalatasaray"ın təklifi rədd edilmiş, "Liverpul"un (Liverpool) 50 milyon funt-sterlinqlik cəhdi də nəticəsiz qalmışdı.
Mersisaydlıların bu transferə qayıtması gözlənilməsə də, "Qalatasaray" və Səudiyyə Ərəbistanı Pro Liqası klublarının futbolçuya marağı davam edir.