1-ci Liqa təmsilçisi MOİK-in cinah müdafiəçisi Yusif Nəbiyev zədədən sonra müalicəsini davam etdirir.
Fanat.Az-a klubdan verilən məlumata görə, sözügedən futbolçu Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində, oktyabrın 28-də "Şahdağ Qusar"a qarşı oynamayacaq.
Bu yay MOİK-ə qoşulandan sonra ikinci dəfə xəsarət alan cinah müdafiəçisi 5-ci turda "Baku Sportinq"i məğlub etdikləri görüşün (3:1) sonlarında zədələnib. O, 74-cü dəqiqədə Məzahir Məmmədzadə ilə əvəzlənib.
Qeyd edək ki, hazırda 13 xalı olan nazirlik komandası turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevdir.
Nihat