Azərbaycan millisi İsrail və Haitiyə qarşı

Azərbaycan millisi İsrail və Haitiyə qarşı
Azərbaycan millisi bu gün Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında daha iki görüş keçirəcək.
Fanat.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda Hövsan Yarış Kompleksində əvvəlcə İsrail (Israel), günün ikinci yarısında isə Haiti (Haïti) yığmaları ilə qarşılaşacaq.
Bununla da U-15 qrupdakı bütün rəqibləri ilə görüşünü başa vuracaq. Qeyd edək ki, millimiz daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya (Australia) isə 1:3 uduzub.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
Dünya çempionatı və festivalı
AF qrupu
26 oktyabr
11:30. Azərbaycan (U-15) - İsrail (U-15)
18:15. Azərbaycan (U-15) - Haiti (U-15)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər