İtaliya A Seriyası (Serie A) təmsilçilərinin skaut korpusu diqqətini Azərbaycan futboluna yönəldib.
Fanat.Az xəbər verir ki, italyan mütəxəssislərin maraq dairəsində həm avrokuboklarda sabit çıxışı ilə seçilən "Qarabağ"ın əsas heyət üzvləri, həm də Bakıda keçirilən FIFA (Fédération Internationale de Football Association) U-15 Dünya Çempionatının gənc istedadları yer alır.
İtaliya mətbuatı Ağdam təmsilçisinin avrokuboklarındakı taktiki nizam-intizamını və cəsarətli futbolunu yüksək qiymətləndirərək aparıcı futbolçuların qış pəncərəsi öncəsi izləndiyini vurğulayıb.
Eyni zamanda, A Seriyası klublarının analitikləri və gənclər akademiyalarının koordinatorları Bakıya səfər edərək Hövsan Yarış Kompleksində keçirilən U-15 qarşılaşmalarını canlı izləyirlər.
İtalyan kəşfiyyatçılarının diqqət mərkəzində xarici komandalarla yanaşı, ev sahibi Azərbaycan U-15 milli komandasının və yerli akademiyaların perspektivli kadrları da var.
Kamil Xudiyev