Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, yığmaməz Avstraliya (Australia) millisi ilə qarşılaşıb.
Hövsan Yarış Kompleksində baş tutan matç Avstraliya komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz əvvəlki görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə üstələyib.
Azərbaycan millisi oktyabrın 26-da saat 11:30-da İsrail (Israel), 18:15-də isə Haiti (Haïti) yığması ilə qarşılaşacaq.
Oktyabrın 30-da yekunlaşacaq U-15 dünya çempionatının oyunları Hövsan Yarış Kompleksində təşkil olunur. Turnirin final matçı isə Bakı Kristal Zalında keçiriləcək.
Əlisahib İbrahimli