"Heç-heçə ədalətli nəticə oldu" - Valdas Dambrauskas

"Heç-heçə ədalətli nəticə oldu" -  Valdas Dambrauskas
“Sabah” Misli Premyer Liqasının 9-cu turunda bu gün “Qarabağ”ı qəbul edib.
Fanat.Az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “bayquşlar”ın çalışdırıcısı Valdas Dambrauskasın mətbuat konfransı keçirilib:
“Qarabağ” çox keyfiyyətli komandadır. Hər iki komandanın bu gün müdafiə xətti yaxşı performans göstərdi. İlk hissədə hücumda daha çox vaxt keçirdik. Düşünürəm ki, heç-heçə ədalətli nəticə oldu. Düzdür, qollar çatışmadı. Amma atmosferə baxanda çox gözəl idi. Əfsuslar olsun ki, azarkeşlərə qollar görmək nəsib olmadı.
Bizim indiki arenamız daha yaxşıdır. Azərbaycanın bütün stadionlarında olmamışam, amma bu gün buradakı şərait bizim üçün çox yaxşıdır. Əvvələr məsafə problemimiz var idi, avtobusda uzun yol qət etməli olurduq, hətta futbolçularımızda ürək bulanması olur. Amma bura gəlmək üçün cəmi 15 dəqiqə sərf edirik. Deyərdim ki, buradakı şərait çox yaxşıdır."
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər