"Sabah" Çempionlar Liqasında oynadıqdan sonra..." - Qurban Qurbanov

"Sabah" Çempionlar Liqasında oynadıqdan sonra..." -  Qurban Qurbanov
“Qarabağ” Misli Premyer Liqasının 9-cu turu çərçivəsində “Sabah”la qarşılaşıb (0:0).
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuar konfransında matç haqda fikirlərini bölüşüb:
"Maraqlı oyun alındı. Yaxşı mübarizə, yüksək dinamika var idi. Son dəqiqələrə qədər temp yüksək səviyyədə oldu. "Sabah" çox yaxşı formalaşmış rəqibdir. Çempionlar Liqasında (UEFA Champions League) oynadıqdan sonra daha da sərbəst oynayırlar. Texniki səhvlərimiz çox olsa da, futbolçularımız mübarizədən qopmadılar. Sonadək oynamağa çalışdılar. Daha yaxşı formada olmalı, idman formamızı yüksəltməliyik. Çoxdandır bu stadionda oynamırdıq. Çox gözəl təmir olunub, atmosfer də əla idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər