Yay transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Belçikanın "Löven" (OH Leuven) klubuna keçən Emmanuel Addai yeni komandasında ilk qolunu vurub.
Fanat.Az xəbər verir ki, Belçika Pro Liqasının 9-cu həftəsi çərçivəsində keçirilən "Löven" – "Lommel" (Lommel SK) matçında ikinci hissədə meydana çıxan qanalı vinger qarşılaşmanın 67-ci dəqiqəsində komandasını 2:1 hesabı ilə önə keçirən qola imza atıb.

D. Opokunun (Derrick Opoku) ötürməsini qolla tamamlayan 23 yaşlı futbolçu yeni klubunda rəsmi oyunlarda ilk dəfə fərqlənməyi bacarıb.
Dramatik keçən qarşılaşma qonaq komandanın 90+6-cı dəqiqədə vurduğu cavab qolu ilə 2:2 hesablı bərabərliklə başa çatıb.