“Barselona" üzərində qələbə bizə böyük inam verəcək” - Kilian Mbappe

“Barselona" üzərində qələbə bizə böyük inam verəcək” - Kilian Mbappe
“Real Madrid”in hücumçusu Kilian Mbappe (Kylian Mbappé, Kylian Mbappe) İspaniya çempionatının 10-cu turunda “Barselona”ya (Barcelona) qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, fransalı futbolçu komandasının 2:1 hesablı qələbəsini şərh edib.
“Çox xoşbəxtəm. Hamı bilir ki, qol vurmağı və bununla komandama kömək etməyi sevirəm. Amma bu gün əsas məsələ mənim qollarım deyil, komandanın qələbəsidir. Bu qələbə bizə böyük inam verəcək”, - deyə Mbappe bildirib.
Hücumçu komandanın uğurunda kollektiv oyunun vacibliyini vurğulayıb. O, “Real Madrid”in qarşıdakı matçlarda da eyni əzmlə mübarizə aparmalı olduğunu qeyd edib.
Xatırladaq ki, “Real Madrid” “El-Klasiko”da “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər