Canni İnfantino "Sabah" və "Qarabağ"a təşəkkür etdi

Canni İnfantino "Sabah" və "Qarabağ"a təşəkkür etdi
FIFA prezidenti Canni İnfantino (Gianni Infantino) Bakıda keçirilən "Sabah" – "Qarabağ" matçını canlı izlədikdən sonra rəsmi "Instagram" hesabında paylaşım edərək təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, ali futbol qurumunun rəhbəri paytaxtımızdakı futbol atmosferini və oyundakı rəqabəti yüksək qiymətləndirib:
"Oyunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA-nın prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Suleiman Hassan Uaberi (Suleiman Hassan Waberi), FIFA Şurasının üzvləri Yohanna Vud (Johanna Wood) və Rodolfo Villalobos, eləcə də "Sabah" FK prezidenti Maqsud Adıgözəlov və digər rəsmi şəxslərlə birgə izləməkdən məmnunluq duydum. Futbolun insanları necə bir araya gətirdiyini və sevinc bəxş etdiyini sübut edən bu cür möhtəşəm atmosfer yaratdıqları üçün hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm."
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər