Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi dördüncü oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, yığmamız İsrail (Israel) millisi ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində reallaşan görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız 4 oyunda 3 qələbə qazanıb və 1 görüşdə məğlub olub.
Bu gün millimiz saat 18:15-də Haiti (Haïti) yığması ilə qarşılaşacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatının matçları Hövsan Yarış Kompleksində təşkil olunur. Turnirin final matçı Bakı Kristal Zalında keçiriləcək.
Əlisahib İbrahimli