Premyer Liqada daha bir referi debüt etdi - Hakimliyin mənzərəsi

Premyer Liqada daha bir referi debüt etdi -  Hakimliyin mənzərəsi
Misli Premyer Liqasında 9 tur geridə qalıb. Keçirilən 52 oyunda ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) iş başında olan referilərin sayı 17-yə çatıb. Ötən həftə Emin Əliyevə güvənən Hakimlər Komitəsi bu dəfə daha bir hakimə debüt şansı verib. Əkbər Əhmədov Şamaxıda "Araz-Naxçıvan" - "Qəbələ" matçında sınaqdan çıxıb.
Fanat.Az-ın hesablamasına görə, son turda Əkbər Əhmədovdan başqa, Tural Qurbanov, Rauf Cabarov, Rəşad Əhmədov, Əli Əliyev və Cavid Cəlilov da oyun idarə edib.
Bu turda daha 4 hakim mövsüm ərzində dördüncü dəfə təyinat alıb. Söhbət Tural, Rauf, Rəşad və Əlidən gedir. Beləliklə, 17 hakimdən 7-si 9 tur ərzində 4 dəfə iş başında olub. Hesabında 3 oyun olan referilərin sayı isə 6-dır.
Cari turda bir futbolçu qırmızı vərəqə alıb. Əli Əliyev "Neftçi" - "Turan Tovuz" oyununda meydan sahiblərini azlıqda qoyub. O, "ağ-qaralar"ın müdafiəşçisi İqor Ribeyroya (Igor Ribeiro) birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub. Nəticədə bu mövsüm "qırmızı" alan futbolçuların sayı 6-ya çatıb.
Hakimlər cari turda 28 sarı vərəqədən istifadə ediblər. Qeyd edək ki, 1-ci turda bu rəqəm 24, 2-ci və 3-cü turun hər birində 17, 4-cü turda 33, 5-ci turda 16, 6-cı turda 27, 7-ci turda 23, 8-ci turda 26 olub. Bundan başqa, 1-ci turda 1, 3-cü turda 2, 6-cı turda 1, 8-ci turda 1, 9-cu turda 1 futbolçu meydandan qovulub.
9-cu turda göstərilən 29 (28 sarı+1 qırmızı) vərəqədən 14-ü (1-i qırmızı) meydan sahiblərinə, 15-i isə qonaq komandanın oyunçularına göstərilib. İlk 9 tur ərzində müvafiq göstərici belədir: 98 sarı (2 qırmızı) - 114 sarı (4 qırmızı).
Beləliklə, 9 turun yekununda sarı vərəqə sayı 211-ə çatıb. Nəticədə ümumi vərəqə sayı 217-yə bərabər olub. Bu da orta hesabla hər turda 24,1, hər oyunda təxminən 4,2 vərəqə deməkdir.
Doqquz tur ərzində FİFA referisi Kamal Umudlu o birilərdən çox əlini cibinə atıb. O, 24 vərəqədən istifadə edib ki, bunun 2-nin rəngi qırmızı olub. Onu 19 vərəqədən yararlanan 3 hakim - Əli Əliyev (1-i qırmızı), Rauf Cabbarov və Vüqar Həsənli (1-i qırmızı) təqib edir.
Kamal Umudlu - 4 oyun
meydan sahibi 12 sarı 1 qırmızı
qonaqlar 10 1
cəmi: 22 2
Əli Əliyev - 4 oyun
meydan sahibi 10 1
qonaqlar 9 0
cəmi: 19 1
Rauf Cabarov - 4 oyun
meydan sahibi 7 0
qonaqlar 12 0
cəmi: 19 0
Vüqar Həsənli - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 9 1
cəmi: 18 1
Rəşad Əhmədov - 4 oyun
meydan sahibi 8 0
qonaqlar 7 0
cəmi: 15 0
İnqilab Məmmədov - 3 oyun
meydan sahibi 7 0
qonaqlar 8 0
cəmi: 15 0
Kamranbəy Rəhimov - 3 oyun
meydan sahibi 8 0
qonaqlar 7 0
cəmi: 15 0
Rəvan Həmzəzadə - 4 oyun
meydan sahibi 2 0
qonaqlar 12 0
cəmi: 14 0
Əliyar Ağayev - 4 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Tural Qurbanov - 4 oyun
meydan sahibi 6 0
qonaqlar 4 0
cəmi: 10 0
Fərid Hacıyev - 3 oyun
meydan sahibi 4 0
qonaqlar 5 1
cəmi: 9 1
Elçin Məsiyev - 2 oyun
meydan sahibi 5 0
qonaqlar 4 1
cəmi: 9 1
Cavid Cəlilov - 3 oyun
meydan sahibi 3 0
qonaqlar 6 0
cəmi: 9 0
Əkbər Əhmədov - 1 oyun
meydan sahibi 4 0
qonaqlar 4 0
cəmi: 8 0
Nicat İsmayıllı - 3 oyun
meydan sahibi 3 0
qonaqlar 6 0
cəmi: 9 0
Elvin Bayramov - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 4 0
cəmi: 7 0
Emin Əliyev - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 1 0
cəmi: 3 0
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər