1-ci Liqanın 6-cı turunda "Xankəndi"ni 1:0 hesabı ilə məğlub edərək cari mövsüm ilk qələbəsini qazanan "Mingəçevir"də vəziyyət qəlizləşir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun sabiq icraçı direktoru Vüqar Hüseynzadə Şamaxıdakı oyundan əvvəl komandaya mükafat vəd etsə də, qeyri-müəyyənlik davam edir.
Belə ki, bu yay "işıqçılar"ı himayəsinə götürdüyü bəlli olan iş adamları artıq geri çəkiliblər və maaş üzünə həsrət qalan oyunçular hələ əməkhaqqı almayıblar. Postuna qayıtdığı bildirilən Hüseynzadənin də qısa müddətdə nəyi və necə dəyişəcəyi hələ bəlli deyil. Dəqiq olan budur ki, "Mingəçevir" qələbə qazandığı görüşün ardından məşq etməyib və hazırda bölgə təmsilçisinin baş məşqçisi Elman Sultanov Bakıdadır.
Aran təmsilçisinin Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində sabah "Qəbələ" ilə səfər matçına çıxmamaq ehtimalı olduqca yüksəkdir. Daha doğrusu, futbolçular pul almayacaqları təqdirdə, "qırmızı-qaralar"la görüşdə tər tökmək niyyətində deyillər.
Nihat